Keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik - RPEZİDENT

Keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. SİA xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib ki, infrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində “Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranıb. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıb.

“Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik”, - dəyə Prezident İlham Əliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə