Aydın Hüseynov: “Artıq dünyada Azərbaycan iqtisadi modeli formalaşıb”-MÜSAHİBƏ

Aydın Hüseynov: “Artıq dünyada Azərbaycan iqtisadi modeli formalaşıb”-MÜSAHİBƏ

- Regionların sosial inkişafına dair Dövlət Proqramının ikinci mərhələsinin icrasını necə qiymətləndirmək olar?

- Regionların iqtisadi inkişafı üçün 2 dövlət proqramı qəbul olunub. Birinci dövlət proqramı 2004-2009-cu illəri, ikinci dövlət proqramı isə 2009-2013-cü illəri əhatə edir. Birinci mərhələdə qarşıya qoyulan bütün məsələlər çox yüksək tərzdə həyata keçirilib və öz həllini tapıb. Artıq ikinci proqramın 2 ili arxada qalıb. Bu proqramların uğurla həyata keçməsinin səbəbləri nədən ibarətdir? İlk növbədə regionların iqtisadi-inkişafına dair dövlət proqramı tərtib olunarkən burada yerlərin əmək qabiliyyətli insanlarının əmək resursları birinci növbədə hesablanıb və dəyərləndirilib. İkinci növbədə oradakı digər təbii ehtiyatlar, resuslar və bunların vəhdəd şəklində həlli üçün konkret addımlar atılıb və maliyyələr açılıb. Yəni, birinci növbədə bütün regionların xüsusiyyətləri, keyfiyyətləri elmi surətdə razılaşdırılıb. Bu məsələlərin həlli mərhələ-mərhələ həyata keçirmək və effektiv olmaqdan ötəri hansı məsələləri önə çəkmək zəruriyyəti yaradıb. Birinci növbədə kəndlə şəhər arasında o fərqin aradan qaldırılması istiqamətində işləri görməkdən ötrü iri şəhərlərə axınların qarşısı alınmalı idi. İri şəhərlərə insanların axınının qarşısını almaq üçün birinci növbədə sosial infrastrukturların bərpası istiqamətində xeyli işlər görülüb. Nəqliyyat problemlərinin aradan qaldırılması üçüncü enerji təminatının fasiləsiz şəkildə təmin olunmasından, yəni bu 3 amil effektli şəkildə həll olunduqdan sonra ikinci mərhələyə başlamağın artıq vaxtı yetişmişdir. İkinci mərhələnin xüsusiyyəti nədən ibarətdir? Artıq ikinci mərhələdə konkret iş yerlərinin açılması və investisiyaların qoyulması, gəlirli sahələrin yaradılması, yəni o məsələlər ki, artıq həm məhsul istehsal edilməsi, eyni zamanda konkret vəzifələrdən biri də xaricə öz məhsulumuzun çıxardılması idi. Bütövlükdə proqram çox yüksək tərzdə həyat keçirilir və ümumilikdə təkcə 2010-cu ildə bütün bu sahələrə 12,5 milyard manat sərf olunub ki, bunun da 9,7 milyard manatı əsas kapitala yönəlib. Əsas kapitalda binaların tikintisi, malların, materialların, avadanlıqların, maşın mexaniklərin alınması, yəni gəlir gətirəcək sahələrə təkcə 9,7 milyard manat vəsait cəlb olunub. Bu vəsaitin tərkibində xarici investisiyaların da payı var, əsasən 75,8 % daxili imkanlar və ölkənin öz investisiyasının hesabına həyata keçirilən işlər təşkil olunur.

- Regionların sosial inkişafına dair Dövlət Proqramının icrası bölgələrlə iri şəhərlər, eləcə də paytaxt arasında fərq aradan qaldırıbmı?

- Qarşıya qoyulan məqsəd bundan ibarət idi və bu fərq nəzərdə tutulduğu səviyyədə aradan qaldırılır. Bu gün konkret sualı biz qoysaq ki, şəhərlə-kənd arasındakı fərq aradan qaldırılıbmı? Tarixəndə belə olub və sonu da belə olacaq ki, fərq həmişə olmalıdır. Sadəcə olaraq şəhərlə kənd arasında müəyyən fərq aradan götürülüb. Regionlarda bu gün yaranan səhiyyə şəbəkələri mərkəzdəki şəbəkələrdən heç də geri qalmır. Aparılan diaqnostika, müalicə, profilaktika, böyrək, ürək köçürtməsi və ürək üzərində aparılan əməliyyatlar tibb baxımından böyük əməliyyatlar sayılır. Yəni, bu bölgələrdən olan səhiyyə müəssisələrində mümkündür. Regiondakı məktəblərin şəhərdəki məktəblərdən heç bir fərqi yoxdur. Təminat çox yüksək tərzdə, informasiya və texnologiya baxımından təchizat normal şəkildədir. Regiondakı idman kompleksləri mərkəzdəki idman komplekslərindən yüksəkdir və digər sahələri götürək. Bu baxımdan qarşıya qoyulan proqram çərçivəsində fərqlər aradan qaldırılıb.


- 2009-cu ildə iqtisadi artım 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olub. 2011-ci il və 2009-cu il arasındakı fərq bizə nəyi deməyə əsas verir?

- 2011-ci ildə həmin nəticələrdən yüksək nəticə əldə olunmalıdır. 2008-2009-2010-cu illər dünyada iqtisadi böhran kimi yadda qaldı və ən böyük bir iqtisadi potensiala malik olan dövlətlərdə iqtisadi böhran özünü göstərdi. Lakin bizim ölkəmizə bu təsir etmədi. Artıq dünya iqtisadi böhrandan çıxma mərhələsindədir və eyni zamanda bizim əsas strateji məhsulumuz olan neftin qiyməti dünya bazarında artır. Builki faktları götürsək, Azərbaycan iqtisadiyyatı özünü doğruldur və artıq dünyada Azərbaycan iqtisadi modeli formalaşıb. Azərbaycanın özünün iqtisadi texnologiyası və iqtisadi metodologiyası var. Artıq ölkəmizdəki iqtisadi islahatlar 20 metodoloji baxımından yeni bir fikir və məna kəsb edir. Eyni zamanda, iqtisadi potensial, parlament islahatlar və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən orta və xırda sahibkarlıqlara olan diqqət, qayğı qanunvericilik baxımından onların hüquqlarının qorunması bütün bu amillər ona rəvac verəcək ki, bu il bizim iqtisadi artımımız daha da yüksək nəticələrlə müşayiət olunacaq.

- Sahibkarlığın və regionların inkişafı ilə bağlı dövlətin qarşıya qoyduğu prioritet məsələlərin öz uğurlu nəticəsini verdiyini söyləmək olarmı?

- Təbii ki, söyləmək mümkündür. Bu sualdan digər suallar da çıxır. Bayaq biz neftdən gələn gəlirlərdən danışdıq. Neft bizim milli sərvətimiz və strateji məhsulumuzdur. Bizim daima iqtisadiyyatımızda bu faktordan bəhrələnəcəyik. Bununla yanaşı, qeyri-neft sektoruna da ölkəmizdə xüsusi diqqət yetirilir. İlbəil qeyri-neft sektorundan əldə edilən və büdcəyə əlavə olunan gəlirlər artır. İqtisadi böhrana düçar olmamağımızın başlıca səbəblərindən biri də bizim qeyri-neft sektoruna üstünlük verməyimiz oldu. Yəni, biz qeyri-neft sektorunu inkişaf etdirmək üçün orta və xırda sahibkarlıq inkişaf etdirilməlidir. Bunun üçünsə artıq Azərbaycanın milli sahibkarları formalaşıb. Təkcə ölkədə yox, ölkədən kənarda da milli sahibkarlığa investisiyalar qoyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə