Moskvada Xocali faciəsi ilə bağlı tədbirlər keçiriləcək

Moskvada Xocali faciəsi ilə bağlı tədbirlər keçiriləcək
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində mərasimlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Elmira Axundova Rusiyanın paytaxtında səfərdədir.

Səfər çərçivəsində millət vəkili erməni tarixçisi və yazıçısı Robert Arakelovun ermənilərin əsl simasını açan, onların riyakarlığı ilə bağlı həqiqətləri üzə çıxaran "Erməni ziyalısının etirafı" adlı kitabının təqdimat mərasimində iştirak edəcək, bununla bağlı fikirlərini toplantı iştirakçıları ilə bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə