Qaradağ rayonunda Ulu Öndərin 96 illiyinə həsr olunmuş tədbir keçirilib
Qaradağ rayonu Abşeron Logistika Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir. Bu səbəbdəndir ki, bu gün ölkımizin hər bir yerində Ulu Öndərin doğum günü ilə bağlı keçirilən tədbirlərdə ölkə ictimaiyyətinin bütün təbəqələri iştirak edir, bu tədbirlərə böyük maraq göstərir. "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin hadisələrlə dolu gərgin dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Bütün ömrünü Azərbaycan xalqının firəvan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqımızın sarsılmaz birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir".
Tədbirdə çıxış edən Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev, YAP Qaradağ rayon təşkilatı Aparat rəhbəri Hacı İbrahimov, rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə və digərləri Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Həmçinin qeyd olunub ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub.
Tədbirdə həmçinin YAP Qaradağ rayon təşkilatının Abşeron Logistika Mərkəzi Ərazi ilk partiya təşkilatı yaradılıb. Səsvermə nəticəsində Ağayev Ziya Bəbir oğlu ilk təşkilatın sədri seçilib.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. tarixi İpək yolunun üzərində yerləşən bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB