Elçin Bağırov “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

Elçin Bağırov “Şöhrət” ordeni ilə təltif edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilib.

Elçin Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır.

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən hal-hazıra kimi Protokol xidmətinin Rəisi işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə