Bu küçədə hərəkət məhdudlaşdırılır DİQQƏT

Bu küçədə hərəkət məhdudlaşdırılır DİQQƏT

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Asan xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq . Bu barədə SİA-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə