İmamverdi İsmayılov: “Ermənistan Zəngilan rayonuna erməni ailələri köçürməklə işğalçı olduğunu bütün beynəlxalq təşkilatlara bir daha sübut edib” - MÖVQE
"Zəngilan Azərbaycanın ən münbit torpağıdır. Dünyada ikinci, Avropada isə birinci ərazidir ki, çinar meşələri, mineral suları, təbii sərvətləri çoxdur". SİA-ya açıqlamasında bunu Milli Məclisə Zəngilan rayonundan seçilmiş millət vəkili İmamverdi İsmayılov deyib.
Millət vəkili onu da təəssüflə bildirib ki, Ermənistanın mənfur işğalçı siyasətinin davamı olaraq bu gün Zəngilana dünyanın müxtəlif yerlərindən erməni ailələrinin köçürülməsi prosesi davam etdirilir. "Yad insanları həmin ərazilərə köçürürlər, ancaq ora bizim torpaqlarımızdır. Deputat olaraq mən səsimi qaldırıram. Bu məqsədlə beynəlxalq təşkilatlara Ermənistan tərəfindən həyata keçirilən süni köçürməni pisləyən bəyanat hazırlamışam. Bütün zənilanlılar adından deyirəm ki, biz öz yurdumuza qayıdacağıq və ermənilər öz mənfur hərəkətlərindən əl çəksinlər. Ermənistan Zəngilan rayonuna erməni ailələri köçürməklə işğalçı olduğunu bütün beynəlxalq təşkilatlara bir daha sübut edib. Belə olan təqdirdə getdikcə sülh danışıqları tükənir, əvəzində müharibə variantı aktuallaşır", - deyə İ.İsmayılov vurgulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB