Paytaxtda Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansının III konfransı keçirilir - TƏDBİR
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansının III konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının (ƏMBA) prezidenti Mişel Patterson, BƏT-in Layiqli Əməyə texniki dəstək qrupu və Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Vikinq Husberq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Avstraliya, Litva, Latviya, Kanada, Niderland, Norveç, Rusiya, Türkiyə və digər ölkələrin nümayəndələri iştirak edib.
Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın 2011-ci ildə Əmək Müfəttişliklərinin Regional Alyansına (ƏMRA) sədrliyi ilə əlaqədar "Əmək müfəttişliklərinin milli əməyin təhlükəsizliyi və sağlamlığı sistemindəki rolu" mövzusunda keçirilən konfrans Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Beynəlxalq Əmək Təşkilatı (BƏT), Əmək Müfəttişliklərinin Beynəlxalq Assosiasiyası (ƏMBA) və Dünya Bankının dəstəyi ilə icra olunan Azərbaycanda Dövlət Əmək Müfəttişliyinin Potensialının Gücləndirilməsi Layihəsi ilə birgə təşkil edilib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, bu konfrans ƏMBA şəbəkəsinin və şəbəkə daxilində əməkdaşlığın daha da möhkəmləndiirlməsinə xidmət etməklə yanaşı, regionun sahib olduğu qabaqcıl təcrübələrin mübadiləsi üçün imkan yaradacaq. Azərbaycan iqtisadiyyatının günü-gündən inkişaf etdiyini deyən nazirin sözlərinə görə, bunların nəticəsində ötən illərlə müqayisədə 2010-cu ildə ölkədə işsizliyin səviyyəsi 7,6%-dən 6%-ə, yoxsulluğun səviyyəsi isə 13%-dən 10,9%-ə düşüb: "BƏT verdiyi statistik nəticələrə görə, bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində dünya ölkələrinə 1 trilyon 250 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Bundan əlavə, ildə 2,3 milyon insan bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən vəfat edir. Bu isə günə 6 min insan deməkdir".
Daha sonra F.Ələkbərov vurğulayıb ki, beynəlxalq əmək standartlarına uyğunluğun əldə edilməsində əmək müfəttişliklərinin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, eyni zamanda, bu sahədə ölkə və müəssisələr səviyyəsində sosial tərəfdaşların, eləcə də əmək müfəttişliklərinin, həmkarlar ittifaqları və işəgötürənlər assosiasiyaları arasında əməkdaşlığın rolu çox əhəmiyyətlidir. Nazir qeyd edib ki, bu gün regional inkişaf və dünya iqtisadiyyatının qloballaşması nəzərə alınmaqla, region ölkələrində təhlükəsiz və sağlam əmək şəriatinin təmin edilməsi, işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliuyin və beynəlxalq standartların bərabər səviyyədə tətbiqi və sosial tərəfdaşların fəal rolunun təşviq edilməsinə ehtiyac var.
Tədbirin davamında çıxı edən ƏMBA-nın prezidenti Mişel Patterson söyləyib ki, 2011-ci il üçün alyansa sədrlik Serbiyadan Azərbaycana keçib: "Əmək Müfəttişliyi Regional Alyansının məqsədi Sofiya Bəyənnaməsinə istinad edərək və hazırki konfransın mövzusuna uyğun olaraq təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin və beynəlxalq standartların uzlaşdırılmış şəkildə tətbiqindən və sosial tərəfdaşların fəal rolunun təşviq edilməsindən ibarətdir. Ölkələrlə birgə əməkdaşlıq qlobal iş yerlərinin yaradılmasına xidmət edir. Bunun isə gələcəkdə qloballaşdırılması çox vacibdir. Lakin bu əməkdaşlıqla kifayətləməmək və bundan sonra da daha səmərəli, mütəşəkkil işləmək lazımdır.
Tədbirin davamında BƏT-in Layiqli Əməyə texniki dəstək qrupu və Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi Vikinq Husberq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev konfransın əhəmiyyətini yüksək qiymətləndirib və geniş məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, iki gün davam edəcək konfransda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası, sosial tərəfdaşların fəallığının artırılması kimi məsələlər müzakirə olunacaq. Konfransın yekununda ƏMRA-nın 2010-2011-ci illər üzrə Fəaliyyət Planının müzakirə edilməsi və qəbul olunamsı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB