Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində bəzi evlərdə yarana biləcək təhlükənin qarşısını almaq üçün tədbirlərə başlanılıb. Bu barədə Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verib.
Verilən məlumata görə, məcrasından çıxan Ağsuçayın bəndlərə tərəf axınının qarşısı alınıb.
Qeyd edilib ki, çayın evlər istiqamətindəki bəndlərini su yuybmuş. Bu da evlər üçün real təhlükəyə çevrilmişdi. Hadisə yerinə ağır texnikalar cəlb edilib və suyun bəndlərə tərəf axınının qarşısı alınıb və çay başqa istiqamətə axır. Artıq həmin istiqamətə axın yoxdur. Çayın məcrası dəyişdirildiyindən təhlükə də ciddi deyil.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti hadisə yerinə baxış keçirib və yaxın günlərdə çayın yenidən bəndlənməsinə başlanacaq.
Qeyd edək ki, son vaxtlar yağan yağışlar nəticəsində Ağsuçay Ağsu rayonu ərazisindən keçən hissəsində məcrasından çıxıb və bəndləri yuyub, nəticədə çay kənarında yerləşən evlərə təhlükə yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB