Qusarda 80 nömrəlik yeni elektron ATS istifadəyə verilib FOTO

Qusarda 80 nömrəlik yeni elektron ATS istifadəyə verilib FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə olan tələbatın təmin olunması üçün bir sıra layihələr həyata keçirir. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bu istiqamətdə aparılan işlər Qusar rayonunda da davam etdirilir. Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb.

Nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib. Belə ki, 2017-ci il ərzində Qusar şəhərində və kəndlərində 485 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 600 nəfər artım qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində Qusarın Qarakənd kəndində 80 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə verilib. Elektron ATS-ə Qusar çayının sağ sahilindən uzunluğu 4100 metr fiber-optik kabel çəkilib ki, bunun da 2400 metr hissəsi yeraltı aparılıb. Həmçinin internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Qusar şəhər elektron ATS-lərində 7 kənd elektron ATS-lərində isə 31 ədəd müasir JUNİPER avadanlıqlar, Yeni Həyat kəndində çöl tipli müasir 60 nömrəlik elektron şkaf quraşdırılıb.

Şəhər sahəsində ümumilikdə 17 km, kənd sahəsində isə ümumilikdə 35 km məsafədə xətlər təmir olunub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə