2017-ci ildə Ermənistanda 634 korrupsiya halı aşkarlanıb ki, bu da 2016-cı illə müqayisədə 48.1 faiz çoxdur. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, eyni zamanda ötən il Ermənistanda 163 rüşvət faktı aşkarlanıb (2016-cı ildə bu rəqəm 71 olub). Ermənistan polisinin yaydığı hesabatda bildirilir ki, qeyd olunan dövr ərzində rüşvət və korrupsiya ilə faktları ilə bağlı 166.250 material hazırlanıb, 7155 cinayət işi açılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB