Mətbuatda Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda qartal tapması ilə bağlı məlumat yayılıb. Məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB