Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib FOTOLAR

Gürcüstanın ali təhsil ocaqlarında oxuyan bir qrup tələbə və fəal gənclər Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi təxribatlar, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar "Qafqazda sülh olsun!", "Ermənistan, işğalçılıq siyasətinə son qoy!", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin!", "Reginda sülh, dünyada sülh!" şüarları səsləndiriblər. Azərbaycanlı tələbələrin hazırladıqığı etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.

Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər, nümayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.

Aksiyada iştirak edən Lali Natidze bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: "Ona gorə də gürcülər də bu aksiyaya qoşulub və azərbaycanlıların haqq səsini müdafiə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə