Astaranın ucqar dağ kəndlərinin sakinləri ilə işgüzar görüş FOTOLAR

Astaranın ucqar dağ kəndlərinin sakinləri ilə işgüzar görüş FOTOLAR

Qədim tarixə malik Astara rayonunun ucqar kəndlərindən olan Toradi, Hamoşam, Asxanakəranda əhalinin əsas məşğuliyyəti arıçılıq, bağçılıq, quşçuluq, heyvandarlıq və əkinçilikdir. Hamoşam kənd inzibati ərazi dairəsinə daxil olan Toradi kəndində Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun ucqar kəndlərindən olan Toradi, Hamoşam, Asxanakəran yaşayış məntəqələrinin sakinləriylə görüş keçirib, onları düşündürən və narahat edən məsələlərə aydınlıq gətirib, təklif və arzularını dinləyib. SİA-nın məlumatına görə, İcra nümayəndəsi Ağarəhim Abdulov son dövrdə ərazidə görülmüş işlər barədə ətraflı məlumat verib.

Toradi kənd sakinləri Hacıbaba Babayev, Əfsər Əliyev, Mühəddin Əliyev, Mircahangir Seyfullayev, Hamoşam kənd sakinləri Ağahəsən Cövziyev, Asəf Abdulov, Mehrəli Fətəliyev, Mais Əbülhəsənov, Rəzzaq Qasımov, Meybulla Mahmudov və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirib, ucqar dağ kəndlərinə çəkilən avtomobil yollarının tikintisi və Astara dənizkənarı park-bulvarın genişləndirilməsi ilə bağlı verdiyi Sərəncamlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, ucqar dağ kəndlərinə avtomobil yolunun çəkilişinə görə İcra başçısına razılıqlarını bildiriblər. Kənd sakinləri görülən işlərlə yanaşı Taxtanakəran-Toradi yolunun Baba Rəsul ziyarətgahına qədər uzadılmasını, Hamoşam kəndində yeni mədəniyyət evinin tikilməsini, internet istifadəçilərinin sayının artırılması üçün ATS-ə əlavə avadanlıqların quraşdırılmasını, Hamoşam həkim evinin xəstəxanaya çevrilməsi, elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə təkliflər veriblər.

Asxanakəran kənd icra nümayəndəliyinin Motlayataq kəndində keçirilən səyyar qəbul və görüşdə icra nümayəndəsi Səlahəddin Əliyev, kənd sakinləri Arif Əliyev, Ramiz Gənciyev, Bayram Rəsulov və başqaları çıxış edərək ölkə başçısı İlham Əliyevə Astara və astaralılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, illərdən bəri həsrətində olduqları Taxtanakəran-Toradi avtomobil yolunun çəkilişinin tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Çıxış edənlər Milli Qurtuluş günündə ucqar dağ kəndlərinə gələrək onları təbrik edən və ən xoş arzularını bildirən hörmətli icra başçısına dərin təşəkkürlərini ifadə ediblər.

Səyyar qəbul və görüşlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb, bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirib. İcra başçısı tariximizin şanlı səhifəsi olan 15 iyun Milli Qurtuluş günü münasibəti ilə sakinləri ürəkdən təbrik edib, respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişafın ilbəil daha sürətlə aparılmasının təməlinin məhz 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulduğunu xüsusi vurğulayıb. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin rayonumuzda da uğurla yerinə yetirildiyini bildirib. İyun ayının 8-də möhtərəm Prezidentimizin Astara şəhərində dənizkənarı park-bulvarın genişləndirilməsi barədə imzaladığı Sərəncam ölkə başçısının Astara rayonuna, bütün astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutudur. Biz bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından dəstək göstərdiyi üçün layiq görüldüyü Fəxri Fərmanı Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulova təqdim edib.

Sonra İcra başçısı Taxtanakəran-Toradi avtomobil yolunda işlərin gedişi ilə tanış olub, tövsiyə və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə