“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsində 300 vakant yer uğrunda 1700 müəllim mübarizə aparacaq” -MÜNASİBƏT
Müəllimləri işə qəbulu üzrə müsabiqənin elektron ərizə qəbulu mərhələsi başa çatıb. Bu barədə SİA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. Müsabiqəyə 300 vakant yerin çıxarıldığını deyən şöbə müdiri bildirib ki, bunlardan 200-ə qədəri Bakı şəhərinin, qalanı isə rayonların payına düşür. Onun sözlərinə görə, 300 vakant yerə 3000-dən çox müəllim elektron ərizə ilə müraciət edib. F.Qədirov vurğulayıb ki, onlardan yalnız 1700 müəllimin sənədləri təsdiqlənib: "O müəllimlərin ərizələri təsdiqlənməyib ki, onlar bizim reqlamentə uyğun sənədlər təqdim etməyiblər və ya ixtisasları uyğun gəlməyib. Ona görə də təsdiq olunan sənədlərin sayı 1700-dir. Ən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat və xarici dil müəllimləri müraciət edib. Burada çox yüksək müsabiqə şəraiti yaranıb. Yəni, bizim yalnız 10 vakant ibtidai sinif müəllimi yerimiz olduğu halda, bu yerə 400-dən çox müəllim sənəd verib. Eyni zamanda, Azərbaycan dili və ədəbiyyat, xarici dil ixtisasları üzrə də kifayət qədər az vakant yerinin olmasına baxmayaraq, müraciət edənlərin sayı həddindən artıq çoxdur".
Şöbə müdiri qeyd edib ki, sentyabrın 6-dan etibarən II mərhələ başlanacaq. Onun sözlərinə görə, bu mərhələdə bir sıra fənlər üzrə müsahibə, digərləri üzrə isə müsabiqə-test imtahanları keçiriləcək. Sentyabrın 17-də bu prosesin başa çatacağını deyən F.Qədirov əlavə edib ki, sonda 300 vakant yerə kifayət qədər yüksək nəticə göstərən 300 müəllimin qəbul olunması nəzərdə tutulub.
"Bakı şəhəri üzrə daha çox müraciət edənlər var, çünki burada vakant yerlərin sayı da çoxdur. Müsabiqəyə çıxarılan vakant yerlərdən üstünlük təşkil edən ixtisaslar Bakı şəhəri və ölkənin regionları üzrə fərqlidir. Belə ki, Bakı şəhərində üstünlük təşkil edən vakant yerlər informatika, fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fənləri üzrədir. Regionlarda isə bu fənlərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, kimya, biologiya və fizika fənlərinə daha çox ehtiyac var", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB