Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına dünya ölkələrinin prezidentləri və hökumət rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir qismini təqdim edir:
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qadir Allahdan Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.
Mən ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını ən səmimi hisslərimlə təbrik edirəm.
Qardaş Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək izləyir, beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq. Mən əminəm ki, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaqdır.
Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə - əziz Qardaşıma bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin–amanlıq və rifah diləyirəm.
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.
Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək.
Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.
İraq Respublikasının Prezidenti Fuad Məsumdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək dost xalqlarımızın ali mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə İraq Respublikasının sadiqliyini bir daha təsdiq edirəm.
Cənab Prezident, Sizə davamlı müvəffəqiyyətlər və möhkəm cansağlığı, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.
Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından təbrik edirəm.
Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir. Əminəm ki, ikitərəfli əlaqələrimizi daha da genişləndirməyə yönəlmiş birgə səylərimiz ümumi maraq doğuran yeni sahələrdə daha yaxından əməkdaşlıq etməyimizə zəmin yaradacaq.
Zati-ailələri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edib ümidvar olduğumu bildirirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq və dəstək prinsiplərinə əsaslanaraq möhkəmlənəcək və dərinləşəcək.
Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının qardaş xalqına sülh və firavanlıq diləyirəm.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib və bir çox dövlətlər üçün örnəkdir. Əminəm ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi üçün bizim birgə səylərimiz bundan sonra da qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ümumi mədəniyyət və ənənələrə malik olan Qazaxıstan ilə Azərbaycan ölkələrimizin qardaş xalqlarının maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə dostluq və mehriban qonşuluq əlaqələrinə həmişə sadiq qalacaqlar.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın və tərəfdaşlığın inkişafının davam etdirilməsi işinə Bolqarıstan Respublikasının sadiq olduğunu bir daha vurğulamaq istərdim.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Roma Papası Fransiskdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun.
İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu bir zamanda İtaliya və Azərbaycanı birləşdirən möhkəm əlaqələrin səviyyəsindən çox məmnunuq. Bu cür dostluq və əməkdaşlıq əlaqələri rəsmi və vətəndaş cəmiyyətləri arasında getdikcə daha davamlı şəkil alan münasibətlər sayəsində zənginləşir.
Ümid edirəm ki, ölkələrimiz arasındakı mövcud səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq Sazişinin yekunlaşması üçün göstərdiyimiz səylər ümumi maraqlarımıza aid mövzular barədə konstruktiv dialoq və iqtisadi-ticari sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səmərəli şərait yaradacaqdır.
Bu ümidlə Sizə və Azərbaycan xalqına cansağlığı arzu edirəm.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına ən səmimi təbriklərimi bildirməkdən çox məmnunam.
Əminəm ki, ölkələrimiz arasında bərqərar olmuş əməkdaşlıq və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə dövlətlərimiz arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da daim inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı zəmin olacaq.
Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi səadət və rifah, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB