Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Çex-Azərbaycan lüğəti" işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, lüğət çex dilinə yiyələnmək istəyənlər – tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.
Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir.
Lüğətin elektron versiyası yaxın günlərdə Mərkəzin "Açıq kitab" elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB