Milli Məclisin deputatları Muxtar Babayev və Kamran Nəbizadə oktyabrın 16-da Yaponiyaya səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri Yaponiya parlamentində qanunvericilik orqanının strukturu, iş prinsipləri, deputatların fəaliyyəti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyəti yaponiyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin əhəmiyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 21-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB