Kənd Təsərrüfatı Nazirliyi Dünya bankının krediti ilə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində Qaxın Ağçay kəndinə 4 kilometrlik su xətti çəkib. Nazirlikdən SİA-ya verilən məlumata görə, içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalan kənd əhalisi üçün həmçinin 25 kub metrlik su çəni quraşdırılıb. Həm boru xətti, həm də su çəni ağçaylıları dağlardan gələn içməli su ilə fasiləsiz təmin edəcək.
Ağçay kəndi Qax rayon mərkəzindən 14 km aralıda yerləşir. İcmadakı su xətlərinin istismar müddəti çoxdan başa çatdığından əksər yerlərdə, demək olar ki, yararsız idi. Bu da kənd əhalisinin ev təsərrüfatlarının idarə olunmasında xeyli çətinlik yaradırdı. Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi bu Layihə kənd təsərrüfatı ilə məşğul olan əhalinin fəaliyyətini yüngülləşdirmək, vaxt və enerji itkisinin qarşısını almaq üçün kənd infrastrukturunun inkişafına yönəlib.
İkinci Kənd İnvestisiya Layihəsi 10 ildən artıq müddətdir ki icra olunur. İndiyədək Layihəsi çərçivəsində 1800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB