Quba gəncləri velosiped yürüşü etdilər FOTOLAR

Quba gəncləri velosiped yürüşü etdilər FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Quba rayonunun mərkəzində velosiped yürüşü təşkil edib. Qurumdan SİA-ya verilən məlumata görə, Mərkəzin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev bildirmişdir ki, yürüş Quba rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilmişdi. Yürüşdə yüzlərlə gənc iştirak etmiş, onlar rayonun mərkəzi prospekti ilə hərəkət edərək, Ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına gəliblər. Yürüş iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyəti böyük ehtiramla yad ediblər.

İ.Fərzəliyev əlavə etmişdir ki, gənclər Ümummilli liderin xatirəsini hər zaman yad etməklə yanaşı, onun fəaliyyətinin bütün dönəmlərini öyrənir və təhlil edir, verdiyi tövsiyələri özlərinin gələcək işlərində tətbiq etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə