"Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş "Multikulturalizm ili" və BMT Sivilizasiyalar Alyansının Bakıda 25-27 aprel tarixlərində keçiriləcək 7-ci Qlobal Forumuna hazırlığımızı yüksək səviyyədə həyata keçirmişik. Forumun hazırlıq səviyyəsi bizim qonaqlarımızı da qane edib və bununla əlaqədar müvafiq tapşırıqlar verilib". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, 90-dan artıq ölkənin rəsmi nümayəndə heyətlərinin Bakıya gəlməsi gözlənilir: "Qonaqların siyahısına müxtəlif ölkələrin prezidentləri, nazirləri, səfirləri daxildir. Burada əsas müzakirə olunacaq məsələlər bilavasitə Azərbaycanla əlaqədardır. BMT-nin gündəliyində duran ən ciddi problemlərin müzakirəsi gözlənilir ki, buraya müasir cəmiyyətdə informasiyaların, mübarizələrin, konfliktlərin təhlili aiddir. Forumun əsas məqsədi bütün bu sözügedən məsələləri müzakirə edərək, ümumi məxrəcə gəlməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə