Alınan mallar geri qaytarılmır? VƏKİLDƏN RƏY

Asif Abdullayev: "Qüsuru olmayan malı da mağazaya qaytarmaq olar"
Alınan mallar geri qaytarılmır? VƏKİLDƏN RƏY

"Qanunvericiliyə əsasən hətta mağazadan alınan keyfiyyətli malı da geri qaytarmaq mümkündür. Belə ki, alınmış mal (ərzaq istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı onu alındığı yerdə uyğun malla dəyişdirə bilər". Bu fikirləri SİA-ya vəkil Asif Abdullayev deyib.

Vəkil qeyd edib ki, 14 gün ərzində istehlakçı istənilən malı qaytara və yaxud dəyişdirə bilər: "Alıcı tərəfindən əldə edilmiş mal istifadə olunmayıbsa və onun görünüşü, istehlak xassələri, plombu, yararlığı, həmçinin kassa qəbzi saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Əgər satışda dəyişdiriləcək mal yoxdursa, alıcı (qiymət fərqi nəzərə alınmaqla) istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək hüququna malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə