FHN xəbərdarlıq etdi Novruz bayramına görə

FHN xəbərdarlıq etdi Novruz bayramına görə

Novruz bayramının yaxınlaşması və bayramın xəbərçisi olan çərşənbələrin başlaması ilə əhaliyə xəbərdarlıq edilib. SİA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi bayramda və müxtəlif mərasimlərdə yandırılan tonqallar zamanı təhlükəsizliyə riayət etməyin vacib olduğunu qeyd edir. Xəbərdarlıqda azyaşlı uşaqların xüsusilə bu günlərdə böyüklərin nəzarətində hərəkət etməsi xüsusi vurğulanıb.

"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!" – deyə FHN-nin xəbərdarlığında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə