Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qüsursuz Gələcək" adlı layihə çərçivəsində 177 saylı körpələr-evi uşaq bağçasında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova bildirib ki, həyata keçirilən bu layihə olduqca təqdirəlayiqdir: "Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğı göstərmək hər birimizin borcudur. Belə layihələrin mütəmadi şəkildə davam etdirilməsi vacibdir. Bu gün dövlətimiz tərəfindən uşaqlara diqqət və qayğı göstərilir, onlarla bağlı bir sıra uğurlu layihələr icra edilir. Dünyamız olan uşaqların maarifləndirilməsi missiyasında hər birimiz dəstək olmalıyıq".
Daha sonra çıxış edən 177 saylı körpələr-evi uşaq bağçasının müdiri Pəri Rəhimova nitqində qüsurları olan, əqli cəhətdən problemlər yaşayan körpələrin heç də az olmadığını söyləyib. Onun sözlərinə görə, dövlət tərəfindən belə körpələrə xüsusi diqqət ayrılır.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə bu layihənin kifayət qədər aktual mövzuya yönəldiyini deyib. Qeyd edib ki, biz hər birimiz belə kateqoriyadan olan uşaqlara qayğıyla yanaşmalıyıq.
Layihə rəhbəri Yeganə Qasımova layihənin məqsədi və bundan sonra görüləcək işlər barədə iştirakçılara məlumat verib.
Gənc Psixoloqlar İctimai Birliyinin Nəzarət-Təftiş Komitəsinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə haqqında ətraflı məlumat verib və loqoped uşaqlar ilə bağlı fikirlərini bölüşüb.
Layihənin sonunda uşaqlar şeir söyləyib, rəqs nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB