"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Səs" qəzetinin 25 illiyi ilə əlaqədar qəzetin baş redaktoru Bəhruz Quliyev də olmaqla bütün kollektivi təbrik edib.
O bildirib ki, "Səs" qəzeti Azərbaycanın mətbuat və müstəqil dövlətçilik tarixində özünün adı, dəsti-xətti ilə seçilən, həmçinin dövlət müstəqilliyimizin həmyaşıdı olan bir qəzetdir: ""Səs" qəzetinin digər mətbuat orqanları ilə oxşar və fərqli cəhətləri mövcuddur. Oxşar cəhətlər ümumi mətbuat prinsiplərindən ibarətdir. Lakin fərqli cəhətlər ondan ibarətdir ki, "Səs" qəzeti müstəqil Azərbaycan dövlətçiliyi tarixində çox böyük rol oynayıb və onunla ayrılmaz surətdə bağlıdır. "Səs" dövlət quruculuğunda çox aktiv təbliğat və təşviqat fəaliyyəti aparan Azərbaycanın azsaylı mətbuat orqanlarından biridir".
Aydın Quliyev qəzetə uzun ömür, böyük yaradıcı uğurlar və qəzetin qarşısında duran vəzifələri yerinə yetirməsi baxımından daha məhsuldar fəaliyyət arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB