"İstedadların İnklüziyası”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayonu Məktəb-Lisey kompleksi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə "İstedadların İnklüziyası" adlı layihəsi baş tutub. SİA-nın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istedadlarının sərgilənməsi, nümayiş olunması, həmçinin inklüziv təhsilə cəlb olunmuş şagirdlərin, bu sərgidə iştirak etməklə onların cəmiyyətimizə inteqrasiyasının təmin olunması. Layihədə Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri Təhsil İdarəsinin, Nərimanov rayonu İcra Hakimiyyətinin, və Gənclər və İdman idarıəsinin rəsmiləri iştirak ediblər.

Layihə çərçivəsində şagirdlərin bir çox fənlər üzrə bilik və bacarıqlarını, praktiki təcrübələrini nümayiş etdirmişdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə