Uşaqlar üçün yeni ensiklopediya

Uşaqlar üçün yeni ensiklopediya

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Hər suala bir cavab" adlı ensiklopediya tərtib edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təxminən on cilddən ibarət olacaq ensiklopediyada orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatlar toplanacaq.

Ensiklopediyanın hazırlanmasında müxtəlif xarici mənbələrdən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulub.

Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə