271 yaşayış məntəqəsi qazlaşdırılıb

271 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu ilin 10 ayında 271 yaşayış məntəqəsi qazlaşdırılıb. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 10 534 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 473 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 271 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə