Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiç noyabrın 9-10-da Lənkərana ikigünlük səfərə gəlib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəranla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində diplomat Heydər Əliyev Xatirə Parkında, Gənclər Mərkəzində, Tarix-Diyarşünaslıq muzeyində, Həzi Aslanov Xatirə Parkında, Azərbaycanlıların Soyqırımı Parkında, Həzi Aslanovun ev muzeyində, Bayraq meydanında olub, Palsüd müəssisəsi, meyvə-tərəvəz konserv zavodu, Hirkan qəsəbəsində sitrus bağına baş çəkib.
Noyabrın 10-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Neboyşa Rodiçi qəbul edib, səfirə Lənkəranın sosial-iqtisadi həyatı, kənd təsərrüfatı, turizm potensialı barədə məlumat verib. Səmimi qəbula görə minnətdarlığını bildirən cənab N.Rodiç Lənkəranda olduğu 2 gün ərzində rayonla tanışlıqdan məmnun qaldığını bildirib, Azərbycan-Serbiya ölkələri arasında iqtisadi-siyasi əlaqələrin gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb, gələcəkdə bu əlaqələrin inkişaf perspektivləri barədə söz açıb. Sonda T.Qaraşov səfirə Lənkəran çayı və xalçası hədiyyə edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB