Bu gün Azərbaycanın yerləşdiyi region heç də göründüyü kimi sabitlik məkanı deyil. Yaxın Şərqdə, İraq və Suriyada davam edən silahlı münaqişələri, qonşularımız İran və Türkiyədə baş verənləri, Rusiyanın Suriya hadisələrinə artıq aktiv qatılmasını və ən əsası, 25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd etmək kifayətdir ki, nələrin baş verdiyini və nələrin də baş vermə ehtimalının olduğunu müəyyənləşdirəsən. Təbbi ki, regionda baş verən münaqişələr fonunda Azərbaycanda sabitliyin hökm sürməsini həzm edə bilməyən dövlətlər, təşkilatlar da az deyil. Belə olan təqdirdə ölkənin bütün ictimai-siyasi təşkilatları, qurumları, ayrı-ayrı ictimaiyyət nümayəndələri, tanınmış şəxslər, siyasətçilər, din xadimləri baş verənlərə biganə qalmamalı, cəmiyyətə həqiqəti çatdırmalı, xaricdən ixrac olunan təlimatları ifşa etməli, insanları ayıq olmağa səsləməli, ölkəmizi Liviya, Misir, Suriya və İraq kimi zəlil günə qoymağa çalışanlara qarşı amansız olmalıdırlar.
Amma baş verən bu və ya digər hadisələrə biganə qalanlar da var. Bakıxanov qəsəbəsində özlərini dindar adlandıran bir qrup radikal ekstremist islamçıların dövlət qurumuna qarşı zor tətbiq etmək cəhdi, təbii ki, normal qarşılana bilməz. Azərbaycan dünyəvi dövlətdir, burada müxtəlif dinlərin nümayəndələri xalqımızın tolerant münasibəti səbəbindən azad şəkildə yaşamaqdadırlar. Bu münasibət uzun zamanlardan belədir. Bu gün isə bəzi insanların başqa inanclılara fərqli baxışlarının kökünü axtarmaq, dini müstəvidə baş verənlər haqda münasibət bildirmək üçün bəzi din xadimlərin üz tutduq. Gözləntilərimiz özünü doğrultmadı. Hər kəsin, ən əsası da mətbuat nümayəndələrinin yaxşı tanıdığı Haşı Şahin, Hacı Surxay və Hacı Fuad kimi din xadimləri müxtəlif bəhanələrlə fikir bildirməkdən imtina etdilər. Niyə? Səbəbini hələ də başa düşmürük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB