Noyabrın 7-də saat 11.00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq yürüşü" keçirəcək. SİA-nın xəbərinə görə, nazirlikdən bildirilib ki, yürüşdə bu qurumun əməkdaşları, universitetlərin rektorları, tanınmış ziyalılar, müəllimlər, QHT nümayəndələri, ümumi təhsil, ilk peşə təhsil müəssisələrinin şagirdləri, ali və orta ixtisas məktəblərinin tələbələri iştirak edəcəklər.
Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətlərinin rəmzlərinin tanıdılmasından ibarətdir.
"Bayraq yürüşü"nün "Azneft" meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB