Daşkənddə yaşayan soydaşlarımıza Qurban payı göndərilib

Daşkənddə yaşayan soydaşlarımıza Qurban payı göndərilib

Özbəkistanın hər yerində Qurban bayramı ilə əlaqədar mərasimlər keçirilir, qurbanlar kəsilir, məscidlərdə namaz qılınır. Özbəkistanın "Məhəllə" və Nurani" fondlarının dəstəyi ilə ölkə ərazisində bu bayramın yüksək səviyyədə keçirilməsi üçün tədbirlər təşkil edilib. Bu fondların dəstəyi ilə uşaq və qocalar evlərinə qurban sovqatları göndərilib.

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də Qurban bayramı münasibətilə paytaxtın Tezikovka məhəlləsində yaşayan 60 azərbaycanlı ailəyə bayram payı göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə