Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabr ayının 18-də saat 11:00-da Neftçala rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) və Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (050-317-58-00) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB