Lerik rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə polis orqanlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər. Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd edib. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışıb.Daha sonra rayon polis şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı Habil Bünyatov Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubovun təbrikini şəxsi heyətə çatdırıb, xidməti fəaliyyətdə fərqlənən polis əməkdaşlarının mükafatlandırılması barədə polis şöbəsi rəisinin əmrini oxuyub.Sonra rayon prokuroru Bəhruz İbrahimov, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin rəisi Mehman Qasımov, polis veteranı Daşdəmir Paşayev çıxış edərək polis orqanlarının yaranma tarixi və 97 illik uğurlu fəaliyyətini diqqətə çatdırıblar. Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, çətin və şərəfli peşələrində uğurlar arzulayıblar.Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən polis şöbəsinin əməkdaşlarına Fəxri Fərman və hədiyyələr təqdim edilib.
Sərraf Mirsəfəroğlu
.jpg)
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB