“Azərsu”dan yenilik

"Azərsu" ASC-nin abonentləri sudan istifadəyə görə borcun olması barədə arayışı elektron formada əldə edə biləcəklər. SİA-ya bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, elektron arayışın əldə edilməsi xidmətindən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq. Servis "Elektron hökumət" (e-gov.az) portalında əlçatan olacaq. Qurum rəsmisi həmçinin qeyd edib ki, bu prosedurun avtomatlaşdırılması abonentlərə sudan istifadəyə görə borcun olub-olmaması barədə arayışı operativ əldə etməyə imkan yaradacaq: "Əksər hallarda göstərilən arayış daşınmaz əmlakın alışı və ya satışı zamanı tələb olunur. Arayışın hüquqi qüvvəsi olacaq. Əhali, həmçinin "Texniki şərtlər"i əldə etmək üçün elektron formada müraciət etmək imkanı qazanacaq. Bunun üçün şəxsiyyət vəsiqəsinin və daşınmaz əmlak üzrə mülkiyyət hüququ barədə sənədin surətlərini təqdim etmək lazım olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə