Lənkəranda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi FOTOLAR
İyunun 12-də Milli Qurtuluş Günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında bayram tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov əvvəlcə iştirakçıları I Avropa Oyunlarının başlanması münasibətilə təbrik etdi. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunları ilə Azərbaycanın öz potensialını dünyaya nümayiş etdirəcəyini xüsusi vurğulayan İcra başçısı sonra ölkəmizdə qazanılan bütün bu nailiyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev siyasətinin durduğunu diqqətə çatdırıb.
T.Qaraşov daha sonra bildirib ki, 15 iyun Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Kəsb etdiyi əhəmiyyətinə görə bu tarix dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin baş verməsi, qardaş qanının axıdılması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Ölkənin qərbində – Gəncədə S.Hüseynovun qiyamı, cənubda Ə.Hümbətovun başçılığı altında separatçı qüvvələr, şimalda sadvalçılar ölkəni parçalamağa cəhd göstəriblər. Yalnız Ümummili Liderimiz Heydər Əliyev müstəqilliyimizin bu çətin məqamından böyük uzaqgörənliklə Azərbaycanımızı mövcud parçalanmadan xilas edə bilib. Ölkədə qardaş qırğınının qarşısı alınıb. Aparılan islahatlar nəticəsində Respublika sürətli iqtisadi inkişaf yoluna qədəm qoyub. Xalqın maddi və mənəvi həyat səviyyəsi yüksəlib. Ölkəmiz dünya birliyində layiqli yerlərdən birini tutub. Onun beynəlxalq nüfuzu artıb. Bir sözlə, müstəqilliyimiz əbədi və dönməz olub.
Taleh Qaraşov daha sonra Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin titanik fəaliyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində həyata keçirdiyi qlobal işlərdən, "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamını əməli işi ilə sübuta yetirməsindən, Lənkəranın həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasından, rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq və səliqə-sahman işlərinin gündən-günə sürətlənməsindən, Lənkəranın öz müasir simasını alması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib, axırda hamını bir daha I Avropa Oyunlarının başlanması və Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB