Lənkəran şəhərində "Zərdabi adına Mətbuat Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması" layihəsi çərçivəsində "Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda dəyirmi masa keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə yerli KİV-lərin, QHT-lərin, ümumtəhsil məktəblərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə Lənkəran ŞİH Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı açaraq tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırıb və layihəyə uğurlar arzulayıb.
Mətbuat Şurasının İcra katibi, "Zərdabi Mətbuat Mərkəzi"nin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə çıxışında bildirib ki, Milli Qəhrəmanların cəmiyyətimizdə daha yaxından tanıdılması məramına söykənmiş layihədə konkret məqsəd Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal və informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin təşkilindən, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki fəaliyyətinə dəstək olmaqdan, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatının gücləndirilməsindən ibarətdir.
Sonra "Ərgünəş" nəşriyyatının direktoru Oqtay Əliyev və layihənin eksperti Seymur Verdizadə fikirlərini söyləyiblər, layihənin təbliği istiqamətində KİV-lərin qarşısında duran mühüm vəzifələr barədə söz açıblar.
"Olaylar" informasiya agentliyinin Cənub bürosunun rəhbəri Hafiz Mirzə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Əlisəfa Ağayev, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, "Lənkəran" qəzetinin redaktoru İltifat Əhmədov, "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev və Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktoru Qadir Axundov çıxışlarında Milli Qəhrəmanların mediada işıqlandırılması və onların şərəfli ömür yolunun tədris müəssisələrində təbliği sahəsində görülmüş işlərdən danışıb, təklif və rəylərini bildiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB