Qazaxıstan Respublikasının Manqistau vilayətində azərbaycanlı iş adamları fəaliyyətlərinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosasiyasının təşəbbüsü ilə Bakı Nobel İrsi Fondu tərəfindən Manqistau vilayət akimi (qubernatoru) Alik Serikoviç Aydarbayevin fondun medalı ilə təltif olunub. Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baş konsulluq tərəfində 28 may - Respublika günü ilə bağlı Aktau şəhərinin "RENEISSANSE-AKTAY" otelində keçirilən rəsmi qəbul çərçivəsində medalın təqdim etmə mərasimi olub.
Təqdimetmə mərasimi ilə bağlı Baş konsulluğun və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosasiyasının dəvəti və dəstəyi ilə Nobel ailəsinin nümayəndəsi Filip Nobel Aktau şəhərinə gələrək təltifetmə mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov, Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosasiyasının prezidenti Rafat Əliyev çıxış edərək, Manqistau vilayətinə rəhbərliyə başladığı dövrdən azərbaycanlı iş adamlarına yaradılmış şəraitdən, göstərilən diqqətdən danışaraq A.S.Aybadbayevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra, cənab Filip Nobel çıxış edərək, ulu babalarının Azərbaycan və Qazaxıstanda fəaliyyətləri, Azərbaycanda Nobel qardaşlarının irsinin qorunması ilə bağlı görülmüş işlər haqqında danışıb. O, Bakı Nobel İrsi Fondu tərəfindən Manqistau vilayət akimi Alik Aydarbayevin fondun medalı ilə təltif olunduğunu elan edərək, medalı akimə təqdim edib.
Təqdimetmə mərasimi Qazaxıstanın mərkəzi və yerli televiziya kanalları tərəfindən çəkilmiş və xəbərlər proqramlarında göstərilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB