ARGTMŞ 150 ölkəni əhatə edən beynəlxalq təşkilatlara çağırış edib

ARGTMŞ 150 ölkəni əhatə edən beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Xocalı soyqırımının 23-cü il dönümü ilə əlaqədar "Xocalıya ədalət" kompaniyası çərçivəsində 150 ölkədən olan Gənclər Milli Şuraları, tərəfdaş təşkilatları, eləcə də 130-a yaxın beynəlxalq təşkilatların nümayəndələrini Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı petisiyaya qoşulmağa çağırıb. SİA-nın məlumatına görə, bu istiqamətdə Avropa Gənclər Forumunun üzvü olan 99 beynəlxalq gənclər təşkilat və Gənclər Milli Şuraları, Avropa Şurasının "Nifrətə Nitqinə Yox" Hərəkatı Beynəlxalq Kampaniyasının 47 ölkədə Milli Koordinassiya Komitələri, bütün qitələrdən olan aparıcı gənclər platformalarını birləşdirən Dünya Gənclər Assambleyasının üzvü olan 140 beynəlxalq təşkilat və Gənclər Milli Şuraları, Avropa Birliyinin 28 ölkəsində Gənclər Proqramının iştirakçıları olan Avropanın gənc liderləri və gənclər təşkilatları, BMT Gənclər Proqramlarının iştirakçıları, BMT Baş Assambleyasının gənc elçiləri, eləcə də fəal gənclərə müraciət göndərilib.

Müraciətdə erməni təcavüzkarları tərəfindən törədilmiş cinayətlər, Xocalı soyqrımı ilə bağlı məlumatlar, tarixi faktlar, eləcə də Xocalı faciəsinin soyqırım kimi tanınması üçün yaradılmış petisiyaya qoşulmaq üçün məlumatlar əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə