SİA Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun müsahibəsini təqdim edir:
- Etibar müəllim, bilirik ki, siz Almaniyada Anti-semitizm üzrə ATƏT-in Berlin Deklarasiyasına həsr olunmuş konfransa iştirak etmisiniz, konfrans haqqında məlumat vermənizi xahiş edirik.
- Qeyd edim ki, Almaniyanın paytaxtı Berlin şəhərində noyabrın 12-13-də anti-semitizm üzrə ATƏT-in Berlin Deklarasiyasının qəbul olunmasının 10 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə ATƏT regionundan olan siyasi liderlər, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri, ümumilikdə 550 nəfərdən artıq nümayəndə iştirak edirdi. Tədbirə Almaniyanın Xarici İşlər Nazirliyi ev sahibliyi edirdi. Konfransın təşkil olunması və keçirilməsində Almaniya ilə birgə İsveçrə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu iştirak etmişdir. Konfransda müzakirə olunan əsas məsələ müasir dövrdə anti-semitizmin yayılmasının qarşısının alınması idi.
- Konfransda kimlər kimlər iştirak edirdi?
- Konfransda Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, İsveçrənin xarici işlər naziri Didye Burxalter, ABŞ-ın BMT-dəki səfiri Samanta Smit, Kanadanın xarici işlər naziri Linne Yeliç, İsrailin xarici işlər nazirinin müavini Tzaxi Haneqbi və digər yüksək rütbəli siyasi xadimlər məruzələrlə çıxış etmişlər. Belə mötəbər bir tədbirdə ölkəmizi mən, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəsi Vüqar Qafarov və Dağ Yəhudiləri Dini İcması sədrinin müavini Gennadi Monaşirov təmsil edirdik.
- Etibar müəllim,konfransdakı çıxışınızda əsasən hansı məsələlərə toxundunuz?
- Mən"Sözdən fəaliyyətə: Müasir anti-semitizmin qarşısının alınması" adlı paneldə çıxış etdim. Öz məruzəmdə Azərbaycanda heç vaxt anti-semitizmin olmadığı qeyd edərək, yəhudilərin ölkəmizdə çoxsaylı və qədim zamandan məskunlaşmış xalq olduğunu bildirdim. Sonra tarixi faktlara əsaslanaraq yəhudilərin ölkəmizin inkişafında, onun erməni təcavüzkarlarından müdafiə olunmasında böyük rol oynadıqlarını qeyd etdim. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu qeyd edərək ölkədə yaşayan bütün milli azlıqlarin, o cümlədən yəhudilərin etnik-mədəni dəyərlərinin qorunması və inkişafı istiqamətində dövlətimizin gördüyü böyük işlər haqqında dinləyicilərə məlumat verdim.
Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradılması və onun ölkəmizdə multikulturalizm dövlət siyasətinin həyata keçirilməsi sahəsində gördüyü böyük işlər haqqında danışdım. Sözügedən panelə moderatorluq edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun direktoru Mikael Corc Linkin iştirakçılara ünvanladığı "Avropada anti-semitizmin qarşısını necə almaq olar?" sualını "Azərbaycanda heç vaxt anti-semitizm olmamışdır. Anti-semitizmə qarşı mübarizə aparmaq istəyən hər bir ölkə Azərbaycanın təcrübəsindən yararlansa, yaxşı olar" deyə cavablandırdım. Bu cavabım çox maraqla qarşılandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB