Gənclər və idman naziri Azad Rəhimov Gənclər siyasəti üzrə birinci Qlobal Forum çərçivəsində daha bir neçə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-verilən xəbərə görə, A. Rəhimov Gürcüstanın gənclər və idman naziri Levan Kipiani, Qana Milli Gənclər Təşkilatının icraçı direktoru Ras Mubarak və başqa rəsmi şəxslərlə görüşlər keçirib. Görüşlər zamanı gənclər və idman sahələrində həyata keçirilən layihələr barədə məlumat verilib və ölkələr arasında daha sıx əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB