Dünyada geniş yayılan "Buzlu su ilə dəstək" kampaniyası Şotlandiyada faciə ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ALS xəstəliyinə diqqəti cəlb etmək və həmin insanlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulan 18 yaşlı gənc başına buzlu su tökdükdən sonra ölüb.
Gənc aksiyanı Berntaylend şəhəri yaxınlıqdakı hündür və təhlükəli yerdə keçirmək istəyib. Hadisə şahidləri bildiriblər ki, gəncin başına buzlu su töküləndən sonra o, özünü 24 metr hündürlükdən çaya atıb. Bundan sonra gənc suda boğulub. Belə ki, gəncin buzlu suya görə öldüyü hələlik dəqiqləşdirilməyib. Düşünülür ki, sözügedən gənc çayda üzə bilmədiyi üçün boğulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB