"Yay məktəbi"ndə iştirak edən gənclər arasında futbol yarışı keçirilib FOTOSESSİYA
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin ilk turu çərçivəsində Oğuzdakı "Afra" oteldə məskunlaşmış gənclərdən ibarət komandalar arasında futbol yarışı təşkil olunub. SİA-nın məlumatına görə, oyunlar Oğuz Olimpiya İdman Kompleksinin futbol zalında keçirilib ("Qarabağ", "Qırmızı kart", "Odlar yurdu" və "İşıqlı gələcək" komandları arasında) "Odlar yurdu" və "İşıqlı gələcək" komandları finala vəsiqə qazanıblar. Final görüşünün isə sabah keçirilməsi nəzərdə tutulub.
Axşam saatlarında günlük hesabat foto-slayd nümayiş olunub.
Xatırladaq ki, bu gün gənclər YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın rəhbərliyi ilə keçirilən "Hüquqi dövlətin əsas prinsipləri" mövzusunda seminarda iştirak ediblər.
Bu gün, həmçinin gənclər arasında intelektual oyun və diskoteka da təşkil olunub.
Elgün Vidadioğlu, Oğuz












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB