Ağstafa rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir. Fermerlər zəmilərin məhsulunu tez və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbərliyə alıblar. SİA-nın məlumatına görə, bu il rayonda 10 min 3 hektarda taxıl yetişdirilib. Taxıl yetişdirilən sahələrin 8.049 hektarını buğda, 1.954 hektarını isə arpa zəmiləri təşkil edir.
Artıq qısa müddətdə fermerlər 4.319 hektar sahənin məhsulunu biçiblər. Hələlik arpa zəmilərində hər hektarın orta məhsuldarlığı 24,1 sentner, buğda sahələrinin məhsuldarlığı isə 27,8 sentnerdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB