Azərbaycana yumurta boyda dolu yağdı

Azərbaycana yumurta boyda dolu yağdı

Ötən gün saat 16 radələrindən etibarən Tovuzun dağ kəndlərinə güclü dolu yağıb. Böyük Qışlaq,Qaralar,Qayadibi,Səfərli,Çatax kəndləri təbiətin şıltaqlığı nəticəsində xeyli ziyan görüb. Tovuz rayon İcra hakimiyyəti başçısnın müavini Niftalı Qasımovun verdiyi məlumata görə,7 kəndə yağan gücül dolu 500 təsərüffata ziyan vurub. Min hektardan çox kartof sahəsi dolunun altında qalaraq məhv olub. Güclü küləklə müşahidə olunan yağıntı elektirik xəttlərini də sıradan çıxarıb. Şıxheybət kəndində yüksək gərginlikli elektirik dirəyini uçuran yağış,sel suları kəndlərin işıqsız qalması ilə nəticələnib.Kəndlilərin bildirdiyinə görə,40 dəqiqəyə qədər davam edən dolu,ardından isə güclü yağış meyvələri,ağacları tamamilə yararsız hala salıb. Sanki kiçik yumurtanı xatırladan buz parçaları evlərin damlarını da dəlib keçib. Dağ kəndlərində daha çox əkilən kartof olduğunundan elə ziyan da bu bitkinin əkildiyi sahələrə dəyib. Qeyd edək ki, 2014-cü ilin may,iyun ayları ərzində Tovuzun ucqar dağ kəndlərində güclü yağış,dolu təsərüffata xeyli ziyan vurub. Ötən gün baş verən hadisəsindən ziyan görən kəndlərdə isə artıq rayon fövqalladə hallar komissiyasının üzvləri dəyən ziyanın miqdarını hesablayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə