Sabah Azərbaycanda havanın temperaturu bu günlə müqayisədə bir qədər də enəcək, bəzi ərazilərdə leysan olacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
O bildirib ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Mayın 21-də küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq.
Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrlı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, bu gün və sabah temperaturun iqlim normasına yaxınlaşacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB