Paytaxtda 24 dərəcə isti olacaq

Paytaxtda 24 dərəcə isti olacaq

"Bu gün Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova belə deyib.

Onun sözlərinə görə, mayın 4-də paytaxtda və yarımadada mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək: "Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı proqnozlaşdırılır. Rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə