Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Quba Müəllimlər İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbiri giriş sözü ilə Müəllimlər İnstitutun rektoru Əli Allahverdiyev açaraq 1 dəqiqəlik sükut elan edib. Daha sonra çıxış edən YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra çıxış edən müəllim və tələbələr Xocalı soyqırımı haqqında fikirlərini bildiriblər.
Həmçinin qeyd edək ki, YAP Quba rayon təşkilatı tərəfindən Quba Dövlət Sosial İqtisadi Kollecində də Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. Eyni zamanda kollecdə " Xocalı rəsmlərdə" adlı foto və rəsm sərgisi təşkil olunub ki, sərgi 3 gün ərzində davam edərək müəllim, tələbə və valideynlərlə nümayiş etdirilir.
Cahid Süleymanov





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB