Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirib. SİA-nın məlumatına görə, mövcud sərəncamla bağlı fikirlərini deyən millət vəkili bildirib ki, M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi Təhsil Nazirliyi, AMEA və müvafiq qurumlarda müzakirə olunacaq.
O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının adları tarixiləşdirilməli, onlara heykəllər qoyulmalı, hətta onlar haqda kitablar da dərc olunmalıdır: "Əvvəllər bir müddət Bakı Dövlət Universiteti Rəsulzadənin adını daşıyırdı. Nəzərə alsaq ki, hazırda universitetlərin heç biri kiminsə adını daşımır".
Abel Məhərrəmov AXC üzvlərinin BDU-nun yaradılmasında xüsusi rollarının olduğunu da diqqətə çatdırıb: "Reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyətinin üzvləri BDU-nun yaranmasında parlamentdə xüsusi işlər görüblər. Təxminən beş gün BDU-nun yaradılması istiqamətində müzakirələr aparılıb. Təbii ki, Rəsulzadənin BDU-nun yaranmasında rolu əvəzsizdir. Lakin onun heykəlinin harada qoyulacağı və adının harada tarixilişəcəyi hələlik məlum deyil. Təbii ki, bu barədə müzakirələr aparılacaq. Buna baxmayaraq Rəsulzadənin universitetimizdə anım günü qeyd ediləcək. Hətta onun adına konfranslar keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB