Dekabrın 2-5-də Bakıda 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı keçiriləcək. "Bakutel-2013" sərgisi "Baku Expo" Sərgi və Toplantı Mərkəzində baş tutacaq.
"Bakutel"-in artıq ənənəvi iştirakçılarından olan Azercell Telekom MMC ziyarətçilərə şirkətin texnoloji yenilikləri, həmçinin Bakı və şəhərətrafı əraziləri əhatə edən 4G sistemini, mobil və simsiz cihazlar sahəsində yeniliklər və korporativ həllər nümayiş etdirəcək.
Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Yeni texnologiyalar sahəsində isə Azercell "Ağıllı Ev" ("Smart Home") adlandırılan layihə ilə ziyarətçilərin hüzuruna çıxacaq. Bu layihə mobil telefon vasitəsilə məişət proseslərini avtomatlaşdırmaq və bütün evi məsafədən idarə etməyə imkan verir.
"Ağıllı Ev" proqramı istifadəçilərin təhlükəsizliyi və rahatlığı üçün mənzildəki elektron və məişət cihazlarını nəzarətdə saxlayır. Bu proqram kommunal xidmətlərin optimallaşdırılması və onların məsrəflərini azaltmağa kömək edir. Hətta, evdən uzaqda olduqda belə, elektrik təminatı, qaz və su, işığı yandırıb və söndürmək, evdə olmayanda qonaqlar üçün qapını açmaq, unutduğunuz elektrik cihazları məsafədən söndürmək (televizordan tutmuş mikrodalğalı sobaya kimi), təhlükəsizlik sistemini işə salmaq və s. mümkündür. İsti havada evə gəlməzdən əvvəl kondisioneri yandırmaq, jalüzləri bağlamaq, yeməyi qızdırmaq da olar. Mobil telefonun bir neçə düyməsini basmaqla uzaqda olduqda belə evdə işıqları söndürmək və ya yandırmaq, pəncərə və ya qapıları açmaq, hansısa elektrik cihazını (televizordan tutmuş mikrodalğalı sobaya kimi) işə salmaq və s. mümkündür. Avtomatlaşdırma elementləri vahid bir platforma əsasında istifadəçinin ehtiyaclarına maksimal intellektual formada cavab verir. "Ağıllı Ev" istənilən halda öz sahibinə gözlənilməz vəziyyət haqqında mobil rabitə vasitəsilə xəbər verəcək və bununla da onun əmlakını qorumuş olacaq. "Ağıllı Ev"i dünyanın istənilən nöqtəsində mobil telefonla idarə etmək mümkündür.
Azercell Telekom mobil texnologiyalar sahəsində öz abonentlərinə ən qabaqcıl həllər təqdim etməkdə, biznesin idarəedilməsi üzrə ən effektiv üsullara çıxış imkanı və gündəlik ehtiyacların qarşılanması üçün geniş imkanlar yaratmaqda davam edir.
Bununla bərabər, dəyərli hədiyyələr qazanmaq istəyən sərgi ziyarətçiləri tədbir ərzində müxtəlif müsabiqələrdə iştirak edə biləcəklər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB